ABŞ Dövlət katibi Entoni Blinken aprelin 7-də bildirib ki, Vaşinqtonu Rusiyaya qarşı döyüşən Ukraynaya daha çox silah göndərməkdən heç bir qüvvə saxlaya bilməz.
NATO-nun Brüsseldəki qərargahında keçirilən nazirlər müşavirəsində Blinken deyib ki, ABŞ hazırda Ukraynaya daha hansı yeni silahların göndəriləcəyini nəzərdən keçirir. O bəyan edib ki, hazırda Ukraynanın yanında olmaq qətiyyəti hər zaman olduğundan daha güclüdür.
Blinken bunu da bildirib ki, Ukrayna ilə hər hansı mənalı diplomatik təmaslarda olub-olmamaq Rusiyanın öz seçimidir. Dövlət katibi deyib ki, Buça şəhərində baş vermiş qətliam sülh danışıqlarının başlıca faktoru deyil, amma Rusiya qüvvələrinin Ukraynanın başqa yerlərində də vəhşiliklər törətdiyi ehtimal olunur: "Buçadan başqa Rusiyanın işğalında olan və hələ də onun işğalında qalan çox şəhərlər var və biz ehtimal edirik ki, Rusiya əsgərləri hazırda daha çox vəhşiliklər törətməklə məşğuldurlar”.
"AzPolitika.info"


Şərhlər
Rusiya dövleti yarandığı günden aqressor,işğalçı,hemişe başqasının Haqqını tapdayan qeyri ciddi faşist bir dövlet kimi millet ise qaniçen ,qeddar özü üç qepiye deymese de başqalarına yuxarıdan aşağı baxan terbiyyesşz ,heç öz ailesine sahib çxa bilmeyen bir toplum kimi imic qazanıb.İyrenc bir dövlet,vehşi ve dünya terefinden qebul edilmeyen millet.