Menu

Slovakiya Ukraynanı "S-300"lə təmin edib - VİDEO

08.04.2022, 16:28
Slovakiya Ukraynanı "S-300"lə təmin edib - VİDEO

Slovakiya Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi təqdim edib.

APA xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Eduard Heger "Twitter"də bildirib.

“Slovakiyanın Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi təqdim etdiyini təsdiqləyirəm. Ukrayna xalqı öz suveren ölkəsini və bizi cəsarətlə müdafiə edir. Rusiyanın təcavüzü altında insan tələfatına biganə qalmamaq və kömək etmək bizim borcumuzdur”, - Slovakiya Baş naziri vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol