Menu

Aİ TASS-ın rəhbərinə sanksiya tətbiq edib

09.04.2022, 09:36
Aİ TASS-ın rəhbərinə sanksiya tətbiq edib

Avropa İttifaqı (Aİ) Rusiyanın məşhur media qurumlarının rəhbərlərinə sanksiya tətbiq edib.

APA-nın xəbərinə görə, bu barədə qərar artıq Avropanın “Rəsmi Qəzet”ində dərc olunub.

Siyahıda TASS agentliyinin baş direktoru Sergey Mixaylov, “Moskovskiy komsomoles” qəzetinin baş redaktoru Pavel Qusev və digərlərinin adları yer alır.

Adları siyahıda yer alan şəxslərin Avropadakı aktivləri dondurulur, onların İttifaq ərazisinə girişi qadağan edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol