Menu

Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür - RƏSMİ

09.04.2022, 10:32
Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür - RƏSMİ

“Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür. Tam detallı məlumat verə bilməsəm də, söhbət sırf "Sars-Cov2" əleyhinə vaksindən getmir”.

“Report” xəbər verir, bunu səhiyyə naziri Teymur Musayev açıqlamasında deyib.

Onun sözlərinə görə, vaksin istehsalı strateji məsələdir: “Yəqin ki, bu istiqamətdə aparılan işlər nəticəsində Azərbaycanda istənilən halda mümkün olan pandemik çağırışlara çox çevik və effektiv cavab olaraq vaksin istehsalı təmin edilə bilər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol