ANCA: Rusiyanın “5-ci kolon”u

Ayşən Aslan-Məmmədli,

Bakı Dövlət Universiteninin müəllimi; “Qarabağa dönüş” ictimai birliyinin “Beynəlxalq məsələlər” şöbəsinin əməkdaşı

Son illərin təcrübəsi bir daha təsdiq etdi ki, Rusiyanın dünyanın müxtəlif ölkələrində formalaşdırdığı “5-ci kolon” bu ölkənin əsas xarici siyasət vasitələrindən birinə çevrilib. Əslində, “5-ci kolon”u rusların aparıcı dünya dövlətlərində “yumşaq gücü” də hesab etmək olar. Məhz bu gücün sayəsində Moskva rəqabətdə və hətta, açıq qarşıdurmada olduğu ölkələrin ictimai rəyinə, xarici siyasət gündəminin formalaşmasına təsir göstərməyə çalışır.

O da qeyd olunmalıdır ki, Rusiyaya bağlı qruplar tamam fərqli adlar, məqsədlər “çətiri” altında fəaliyyət göstərsə də, onların hədəfləri dəyişməzdir: özlərinin dar, Rusiyanınsa xoş olmayan geostrateji məqsədlərini reallaşdırmaq. Amerika Erməniləri Milli Komitəsinin (ANCA) fəaliyyətinə, qarşısına qoyduğu hədəflərə nəzər saldıqda, bu təşkilatı da çəkinmədən rusların “5-ci kolon”una aid etmək olar. Diqqət edək: ABŞ və Avropa ölkələrinin Türkiyə ilə münasibətlərinin korlanması, bu ölkənin Cənubi Qafqazdakı maraqlarına ciddi zərbə vurulması ən çox hansı dövlətin maraqlarına uyğundur?! Düz tapmısınız, Rusiyanın! ANCA və onun Avropa ölkələrində şöbələrinin əsas fəaliyyəti bu məqsədə yönəlib.

Rusiyanın Ukraynada apardığı işğalçı müharibənin fonunda rəsmi Moskvanın özünə bağlı qrupları fəallaşdırmaq marağı daha da artıb. Ruslar düşünürlər ki, Qərb blokunda nifaq yaratmaqla, Azərbaycan kimi vacib geostrateji əhəmiyyəti olan post-sovet ölkəsini Qərbdən uzaqlaşdırmaqla, özünün təcrid vəziyyətini yüngülləşdirə, sanksiyalar çəmbərini aşa bilər. Bu baxımdan, ABŞ başda olmaqla, Qərb dövlətləri ANCA kimi lobbi qruplarının fəaliyyətinə diqqətli, təftişçi yanaşmalıdırlar. ANCA “əzabkeş” erməni xalqının maraqlarının ifadəçisi kimi özünü təqdim etsə də, əslində fəaliyyəti ilə o xalqın inkişafına, təhlükəsizliyinə ciddi təhdidlər yaradır. İlk növbədə “erməni soyqırımı” məsələsini davamlı olaraq gündəmə gətirməklə, Qarabağda etnik separatizmə dəstək verməklə, Ermənistanın daim Türkiyə və Azərbaycanla düşmən münasibətlərinin qalmasına xidmət edir. Belə vəziyyətdə udan tərəf təbii ki, Rusiyadır, Ermənistanın hər iki tərəfdən “sıxılmış” durumu, təcrid vəziyyəti İrəvanın Moskvadan asılılığını daha da artırır. Eyni zamanda, artıq ABŞ və Avropa dövlətlərinin mötəbər siyasi dairələrində belə bir sualın verilməsinə də ehtiyac var: Necə ola bilər ki, Rusiyanı Ukraynada etdiklərinə görə işğalçı kimi lənətləyəsən, ancaq rusların Cənubi Qafqazdakı kiçik təcavüzkar müttəfiqinə, “5-ci kolon”una “isti” yanaşasan?!

Ayılın, cənablar, dünyanın “Rusiya bəlası”ndan qurtulmağının bir yolu da rusların xidmətində dayanan “5-ci kolon”lara sərt münasibətin göstərilməsidir.

635x100

Şərhlər

İLKİN. 2022-05-18 16:15:19

XAYİŞ.EDREM.MENE. KOMEKLİK.EDESEN

Son yazılar