Menu

Qida məhsulları istahsalçısı "Dr. Oetker" Rusiyadan gedir

09.04.2022, 15:51
Qida məhsulları istahsalçısı "Dr. Oetker" Rusiyadan gedir

Almaniyanın qida məhsulları istehsal edən «Dr. Oetker» şirkəti Rusiyada biznesini tam dayandırır.

Şirkətin bəyanatında deyildiyi kimi, qərar Ukraynadakı hadisələrin fonunda qəbul olunub. Şirkətdə qeyd ediblər ki, Rusiyaya bütün ixrac, Rusiyanın törəmə müəssisələrinə investisiyalar və Rusiya bazarında bütün marketinq fəaliyyəti Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı başlayandan sonra dərhal dayandırılıb. Bu andan başlayaraq «Dr. Oetker»in zavodu Belqorodda yalnız əsas yeyinti məhsulları istehsal edib. 150 əməkdaşın işlədiyi zavod onun rusiyalı rəhbərliyinə satılacaq.

Buna qədər şirkət Rusiyada 20 ilə yaxın müddətdə yeyinti məhsullarının istehsalı ilə məşğul olub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol