ABŞ-ın eks-prezidenti Bill Klinton «Atlantic» nəşrinə bəyan edib ki, özünün rusiyalı həmkarları Boris Yeltsinə və Vladimir Putinə Moskvanın NATO-ya daxil olması imkanını təklif edib.
Siyasətçi Rusiya və Alyans arasında 1990-cı illərdə əlaqələrin inkişafından danışıb, Moskvanın «Sülh naminə həmkarlıq» proqramında iştirakını, Rusiya-NATO Əsas aktının bağlanmasını, Rusiya ordusunun Baltikyanıdan çıxarılmasının ABŞ tərəfindən maliyyələşdirilməsini və bir sıra sülhməramlı əməliyyatlarda iştirakı qeyd edib.
«Bütün bu müddət ərzində biz, NATO-nun qapılarını Rusiyanın daxil olması üçün açıq saxlamışıq, bu barədə mən Yeltsinə aydın şəkildə demişəm, sonra isə və onun varisi Vladimir Putinə» - Klinton deyib.
Keçmiş dövlət başçısı həm də bu bəyanatı yalan adlandırır ki, ABŞ «qulaqardına vurub, hörmət etməyib və calışıb ki, Rusiyanı təcrid etsin, amma etiraf edib ki, NATO Moskvanın etirazlarına rəğmən şərqə doğru genişlənib. Alyansın belə siyasətini o, «doğru» adlandırıb.
AzPolitika.info


Şərhlər