Menu

Ukrayna ordusu Xarkov vilayətinin daha bir yaşayış məntəqəsini azad edib - FOTOLAR

09.04.2022, 19:25
Ukrayna ordusu Xarkov vilayətinin daha bir yaşayış məntəqəsini azad edib - FOTOLAR

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Olxovka kəndini Rusiya hərbçilərindən tamamilə azad edib.

“Report” xəbər verir ki, bu barədə Xarkov qarnizonunun rəisi Sergey Melnik feysbukda məlumat yayıb.

Qeyd edilir ki, Ukrayna hərbçiləri yerli sakinlərə humanitar yardım edib.

"Xarkov vilayətində daha bir istiqamət düşməndən azad edilib - Olxovka kəndi! Bu istiqamətdə vəziyyətə Xarkov vilayətinin təhlükəsizlik və müdafiə sektorunun qüvvələri idarə və nəzarət edir", - Melnik yazıb.

O, həmçinin əlavə edib ki, yerli sakinlərə ərzaq dəstləri və məişət, şəxsi gigiyena vasitələri olaraq zəruri humanitar yardım göstərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol