Menu

“Qara dənizə minaların qəsdən atılmasından şübhələnirik” - Hulusi Akar

10.04.2022, 18:54
“Qara dənizə minaların qəsdən atılmasından şübhələnirik”  - Hulusi Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar bəyan edib ki, Qaraz dəniz ərazisinə minaların qəsdən atılması ilə bağlı şübhələrə malikdirlər.

“Ola bilsin ki, bu, NATO-nun minaaxtaran gəmilərini Qara dənizə buraxmağımız üçün bizə təzyiq etmək planının bir hissəsi kimi həyata keçirilib”, - deyə Türkiyənin milli müdafiə naziri bildirib.

H. Akar bir daha əlavə edib ki, Türkiyə Montrö Konvensiyasına sadiq qalacaq və Qara dənizə hərbi gəmilərin daxil olmasına icazə verməyəcək: “Türkiyə 1936-cı ildə qəbul edilmiş Montrö Konvensiyasına sadiq qalacaq və Qara dənizə hərbi gəmilərin daxil olmasına icazə verməyəcək”.

Öz növbəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu artıq bəyan edib ki, Ankara Konvensiyaya uyğun olaraq Bosfor və Çanaqqala boğazlarını Rusiya və Ukraynanın hərbi gəmiləri üçün bağlayacaq.

Qeyd edək ki, Montrö Konvensiyasına 19-cu maddəsində deyilir ki, hərbi əməliyyatlar zamanı döyüşən tərəflər hərbi gəmilərini boğazlardan keçə bilməz (bir şərtlə ki, Türkiyə münaqişə tərəfi deyil).

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Ankara buna ciddi əməl edəcək.(Mənbə: RİA Novosti)

Şərhlər

t.ədalət 2022-04-10 20:23:23

Minalar,sözsüz ki Rusiya tərəfindən dənizə atılır.Heç bir əxlaq normasına malik olmayan Rusiya həmişə belə təxribatlar törədib.Müharibəni də həmişə dinc əhalinin və körpələrin qətli ilə aparıb.Belə bir dövlətin varlığı dünya üçün təhqirdir.Rusiya və Fransa,tarixən vəhşi əxlaqa malik olublar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol