Pakistan uzaq radiuslu «yer-yer» ballistik raketin («Shaheen-III») uğurlu sınağını keçirib.
Bu barədə Müdafiə Nazirliyi ictimai əlaqələr İdarəsi aprelin 9-da xəbər verib.
«Sınağın məqsədi silah sisteminin müxtəlif konstruktiv və texniki parametrlərinin təkrar yoxlanması olub» - bəyanatda deyilir.
«Shaheen-III» raketi nüvə və adi döyüş başlıqları daşımaq qabiliyyətinə malikdir. Onun uçuş məsafəsi 2750 kilometr təşkil edir.
AzPolitika.info


Şərhlər