Menu

Zelenski Cənubi Koreyadan ağır texnika istəyib

11.04.2022, 13:48
Zelenski Cənubi Koreyadan ağır texnika istəyib

“Cənubi Koreyanın Rusiya tanklarına, raketlərinə qarşı mübarizə aparacaq müxtəlif hərbi avadanlığı var, əgər siz bizə bu məsələdə yardım etsəniz, çox məmnun olarıq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Koreya Respublikası parlamenti deputatları qarşısında videoformatda çıxışı zamanı bildirib.

“Ukraynanın müxtəlif hərbi texnika, o cümlədən tank və təyyarəyə ehtiyacı var. Cənubi Koreyanın Rusiya tanklarına, raketlərinə qarşı mübarizə aparacaq müxtəlif hərbi avadanlığı mövcuddur. Əgər siz bizə bu məsələdə yardım etsəniz, çox məmnun olarıq”, - o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol