Rusiya Ukraynanın şərqində hərbi qüvvələrinin sayını artırmaqda davam edir.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, paylaşılan peyk məlumatlarına görə, Rusiya əsas qüvvələrini Belqorod, Valuiki və Solotı ərazilərinə yerləşdirib.
Məlumatda qeyd olunur ki, Rusiya aprelin 2-dən sonra Valuikidə iki çadır düşərgəsi qurub. Burada 20 tank, 21 helikopter və xeyli sayda hərbi texnikanın olduğu bildirilir. Solotı yaxınlığındakı hərbi bazada isə aprelin 8-dən sonra Rusiya Quru Qoşunlarının 237-ci tank alayının yerləşdirildiyi qeyd olunur.
“AzPolitika.info”




Şərhlər