Menu

Milli Məclisin komitələrinin Şuşada keçiriləcək iclaslarının qrafiki hazırlanıb

12.04.2022, 11:25
Milli Məclisin komitələrinin Şuşada keçiriləcək iclaslarının qrafiki hazırlanıb

“Milli Məclisin komitələrinin Şuşa şəhərində keçiriləcək iclaslarının qrafikləri hazırlanıb".

“Report”un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarovanın sözlərinə görə, qrafiklər komitə sədrlərinə təqdim ediləcək.

Daha sonra aprelin 8-də Milli Məclisin iki komitəsinin Şuşada birgə iclasının keçirildiyini xatırladan sədr əlavə edib ki, bu hadisə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yaradılan yeni reallığın təzahürlərindən biridir.

Şərhlər

Xeqani 2022-04-12 12:11:24

Badenbadenin mavi geçələri.milli məclis Şuşada iclas keçiri,xūsusən də yaz-yay dövrūndə keçiriləcək iclaslar yəqin ki,məhsuldar olacaq....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol