“Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələni təqdim edərkən Elman Rüstəmova təşəkkür etməli idi. Çünki o uzun müddət ölkənin bank sektorunun rəhbəri vəzifəsində işləyib”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda kreditlər birrəqəmli faizlərlə verilməlidir:
“Ümid edirəm ki, yeni tərkib ölkənin pul-kredit sistemini uğurla həyata keçirəcək”.


Şərhlər
"...Elman Rüstəmova təşəkkür etməli idi. Çünki o uzun müddət ölkənin bank sektorunun rəhbəri vəzifəsində işləyib". Tamamilə doğrudur. Normal məntiqlə belə uzun müddət DÖVLƏTƏ qulluq etmiş məmur ən yüksək mükafata və hörmətə layiqdir. Ancaq eldar mahmudovların, ramiz mehdiyevlərin, əbülfəz qarayevlərin və digər ov və yevlərin timsalında tamamilə fərqli mənzərəni müşahidə edirik. Əgər bunlar dövlətə qulluq etməyiblərsə, bəs onda nəyə qulluq ediblər?
Ikinizde tessekur dusur. Orden medalda lazimdi. Amma sende yeterince var.