Menu

Qoşqar Təhməzli “Kinder” yumurtalarında bakteriya aşkarlanmasına münasibət bildirib

12.04.2022, 13:45
Qoşqar Təhməzli “Kinder” yumurtalarında bakteriya aşkarlanmasına münasibət bildirib

“Dünyada “Kinder” məhsullarının (“Kinder” yumurtaları və digər məhsullar - “Report”) yığışdırılması ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Söhbət Belçikada istehsal olunan “Kinder”in 6 növündən söhbət gedir”.

“Report”un xəbərinə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, bu məhsullardan Azərbaycana da bəzi partiyalar gəlib:

“Onlar bizim tərəfimizdən ekpertiza olunub. Onların tərkibində salmonella bakteriyası aşkar edilməyib. Hazırda şəbəkələrdə görünən məhsullar o kateqoriyaya aid deyil”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol