Menu

UNEC- də tədqiqatçıların IV Beynəlxalq elmi konfransı keçiriləcək

12.04.2022, 15:11
UNEC- də tədqiqatçıların IV Beynəlxalq elmi konfransı keçiriləcək

23-26 iyun tarixlərində UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı (ISCEMR-2022) keçiriləcək.

Konfrans elmi-akademik imkanlarını genişləndirərək, tədqiqatçılar üçün SCOPUS, SPRINGER kimi nüfuzlu platformalarda nəşr imkanları təqdim edəcək. 

Ölkəmizin işğaldan azad olunmuş bölgələrinin iqtisadiyyatı və yaşıl iqtisadiyyat ilə bağlı kitablar konfrans çərçivəsində hazırlanacaq nəşrlər arasında yer alacaq. Kitabın dünyanın ən nüfuzlu nəşriyyatlarından biri olan SPRINGER-də nəşri nəzərdə tutulub. 

Konfransa təqdim olunan seçilmiş məruzələrin Google Scholar, eləcə də 30-a yaxın akademik platformada yer alan beynəlxalq elmi jurnalda nəşri və ISBN nömrəli Konfrans Məruzələr Kitabı da elektron formatda nəşri planlaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol