Menu

Pentaqon Avropaya əlavə qüvvələrin göndəriləcəyini istisna etmir

12.04.2022, 23:12
Pentaqon Avropaya əlavə qüvvələrin göndəriləcəyini istisna etmir

“Avropa qitəsində təhlükəsizlik mühiti dəyişib”.

APA xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi əcnəbi jurnalistlər üçün keçirdiyi onlayn brifinqdə deyib.

O qeyd edib ki, ABŞ Avropadakı NATO müttəfiqlərinin təhlükəsizliyini qorumağa sadiqdir: “Hazırda Avropa qitəsində 100 mindən çox ABŞ hərbçisi var. Bu qüvvələr qısa və uzun müddətə qitədə olacaq. Əgər ehtiyac olarsa, biz Avropaya əlavə qüvvələrin göndəriləcəyini istisna etmirik. Biz Avropadakı həmkarlarımızla daimi təmasdayıq və qeyd etdiyim kimi, Avropada təhlükəsizlik mühitinin dəyişdiyini nəzərə alaraq, bundan sonrakı dönəmdə ABŞ-ın Avropa qitəsinin təhlükəsizliyində oynayacağı rolu müzakirə edirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol