Menu

Polşa siyasətçiləri Kalininqradı bloklamağa çağırıblar – “Rusiyanı ayırmaq lazımdır”

13.04.2022, 00:17
Polşa siyasətçiləri Kalininqradı bloklamağa çağırıblar – “Rusiyanı ayırmaq lazımdır”

Rusiya ilə həmsərhəd Varminsk-Mazursk voyevodluğunun siyasətçiləri kollektiv Qərbi Kalininqrad vilayətini bloklamağa çağırıblar.

Voyevodluq parlamentinin bir neçə deputatı birdən Polşanın Kalininqrad vilayəti ilə sərhədini bağlamağa çağırıb.

«Radio Olsztyn» siyasətçilərdən sitat gətirərək, qeyd edir: «Varminsk-Mazursk voyevodluğu Rusiyanın Kalininqrad vilayəti ilə həmsərhəddir və baxmayaraq ki, hələ müharibəyə qədər siyasi səslər meydana gəlib ki, onun sakinləri ilə təmaslar möhkəmlənməlidir, indi siyasi səhnənin nümayəndələri razıdırlar - Rusiyanı ayırmaq lazımdır».

«Novaya Levitsa» partiyasından olan deputat, seymin müdafiə komisiyasının sədr müavini Martin Kulassk xüsusilə canfəşanlıq edib: «Əgər Rusiya istəyirsə ki, «tır»lar (furaların beynəlxalq markalanması, tərcümədə «Beynəlxalq yol daşımaları» mənasına gəlir) maneəsiz olaraq, Kalininqrada çatsınlar, o zaman qoy, ordunu Ukraynadan çıxartsın».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol