Menu

Abramoviçin sanksiyalardan əvvəlki “lüks” həyatı... - 90 min manata Azərbaycana suşi gətizdirib

13.04.2022, 10:27
Abramoviçin sanksiyalardan əvvəlki “lüks” həyatı... - 90 min manata Azərbaycana suşi gətizdirib

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq, Qərbin sanksiyalarına məruz qalan rus milyarder Roman Abramoviçin dəbdəbəli həyatının təfərrüatları ortaya çıxıb.

“AzPolitka.info” Britaniyanın “The Sun” nəşrinə istinadla xəbər verir ki, Çelsi futbol klubunun keçmiş sahibi Roman Abramoviç təkcə futbolçuların transferinə böyük məbləğdə pullar xərcləməyib: “Rusiyalı milyarder Azərbaycanda istirahət edərkən, ürəyi “suşi” istəyib və şəxsi təyyarə ilə Londondakı sevimli suşi mağazasından özünə yemək sifariş edib”.

Qəzet yazır ki, Abramoviç Bakıdan 4000 kilometr uzaqlıqda yerləşən London şəhərindən suşi gətirmək üçün şəxsi təyyarəsini işə salıb və bunun üçün 90 min manat pul xərcləyib: “Abramoviç özü və dostları üçün 1200 funt-sterlinq dəyərində suşi sifariş edib. Yemək sürücü tərəfindən restorandan götürülərək, hava limanına aparılıb. Təhlükəsizlik prosedurları tamamlandıqdan sonra “suşi” Londondan Bakıya şəxsi təyyarə ilə yola salınıb. 5 saat 30 dəqiqəlik səyahətdən sonra Abramoviç sevimli yeməyinin dadına baxa bilib”.

“The Sun” nəşri Abramoviçin Qərb sanksiyalarından sonra lüks həyat tərzindən uzaq olduğunu, hətta bir müddətdir işçilərinin maaşını belə verə bilmədiyi üçün imkanlı dostlarından borc istədiyni iddia edib.

“AzPolitika.info”

Şərhlər

Roma 2022-04-13 11:07:22

Dağıl ay Dünya, moşenniklər at oynadır...Azərbaycanda da belələri çoxdur. Əsil Vətənpərvərlər ya şəhid olur, ya işsiz ac-yalavac qalanı da olur və s...millətin malını, var-dövlətini müxtəlif yollarla mənimsəyənlər cah-cəlal içində yaşayırlar və məhkəmələrdə, gülərək Milləti, Cəmiyyəti ələ salırlar...bax budur reallıq...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol