Menu

Almaniya Ukraynaya ağır silahlar göndərəcək

13.04.2022, 13:49
Almaniya Ukraynaya ağır silahlar göndərəcək

Almaniyada hakim partiya daxilində Ukraynaya ağır silahların tədarükü ilə bağlı razılıq əldə olunub.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə hakim partiyadan olan deputat Markus Faber tviter səhifəsində yazıb.

Vurğulanıb ki, Ukraynaya tez bir zamanda ağır silahlar göndəriləcək.

Qeyd edək ki, daha əvvəl Almaniyanın Ukraynaya 50-dək tank və 60-a yaxın piyada döyüş maşını göndərməyə hazır olduğu bildirilmişdi. Xarici işlər naziri Annalena Berbok isə söyləmişdi ki, Kiyev ən qısa vaxtda ağır silahlarla təmin olunmalıdır.

Şərhlər

Vüqar Məmməd.Ogullari! 2022-04-13 14:18:34

Ukraynaya əsas Rusiyanın dərinliklərində olan bazaları vurmaq üçün raketlər,HHH müdafiə sistemləri birdə rus gəmilərini məhv etmək üçün torpedolar vacib lazımdı!
Bir 10-15 ədəd F-35 olsa Moskvanı və S.Peterburqu MARİUPOLA çevirmək olar!
Bax onda ruslar özləri putleri əli bağlı HAAQAYA təhvil verərlər!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol