Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Ukraynanın Baş prokuroru İrina Venediktova ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin "Twitter" hesabında məlumat verilib.
Bildirilib ki, Kiyevdə baş tutan görüşdə Beynəlxalq Cinayət Məhkəməsinin Prokuroru müstəqil araşıdırmlar üçün Ukrayna hökuməti ilə sıx əməkdaşlığı qiymətləndirdiyini deyib.
Tərəflər təması daha da fəallaşdırmaq və Ukraynada hərbi cinayət törədənləri məsuliyyətə cəlb etmək üçün tərəfdaşlığı gücləndirmək barədə razılığa gəliblər.


Şərhlər
İraqda 500 min uşağı ABŞ öldürəndə beynəlxalq məhkəmə görəsən harada idi. Bütün beynəlxalq qurumlar ABŞ tərəfindən idarə oıunur və onun iradəsini yerinə yetirirlər. 30 ildir nə 20 YANVAR NƏ DƏ Kİ, XOCALI SOYQIRIMI bu məhkəmə tərəfindən araşfırılmır. Biz isə onları ovliyya kimi qəbul edirik. Sərəfsiz və ikiüzlülər.