Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində güzəştli mənzil satışını həyata keçirməsi ciddi narazılıqlar yaratdı. Səbəb isə 442 mənzilin bir neçə saniyədə satılması idi. Musavat.com xəbər verir ki, mənzil seçimində iştirak edən 9 minə yaxın müraciətçinin çoxu seçim prosesinin şəffaf keçirilmədiyi qənaətindədir. Bu barədə sosial şəbəkələr vasitəsi ilə ciddi narazılıqlar bildirilir.
Güzəştli mənzillərin bu qədər qısa zamanda satılmasının "xüsusi proqram təminatından" istifadə ilə mümkün olduğu deyilir.
Qeyd edilir ki, "uVision", "Mousereader" kimi proqramlardan istifadə edilib və bunun üçün xüsusi “proqramçı”lar tutulub.
Mütəxəssislər də deyir ki, əgər mənzillər 5-6 saniyəyə seçilirsə, deməli həmin adamlar hansısa "proqramdan" istifadə ediblər.
Məhz bu kimi iddialardan sonra araşdırmalar başlayıb. Bu günə qədər yüzlərlə insanın xüsusi proqramlardan istifadə etdiyi üzə çıxıb.
Məlumata görə artıq ev alan şəxslər arasında xüsusi proqramlardan istifadə etmiş şəxslər də müəyyən edilib və onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindirilir.
Həmçinin onu da bildirək ki, xüsusi “proqramçı”lara mənzil qazanmaq üçün 10-15 min manat civarında və ya daha artıq pul ödəyən şəxslər də var ki, onların bir çoxu aldadılıb. Bir qrup “proqramçı” pulları alaraq aradan çıxıb. İndi həmin vətəndaşlar da zərərçəkmiş kimi hüquq-mühafizə orqanlarına üz tutublar.
Araşdırmalar davam edir.
MİDA bu ittihamları qəbul etmir və deyir ki, evlərin satışı 13 dəqiqədən artıq çəkib.

Şərhlər
Burası AZƏRBAYCAN!
Mənzillərin satışından mən hər il iştirak edirəm.Lakin heç vaxt ala bilmirəm. Bu yazılar doğrudur. MİDA-nın mənzil satışı tamamilə firıldaqdır.
Yazıda qeyd edilir ki, MİDA bu ittihamları qəbul etmir və deyir ki, evlərin satışı 13 dəqiqədən artıq çəkib. Özüm şahidiyəm ki, hətta kompüterdən anlayılşı olmayan, ondan istifadə edə bilməyənlər MİDA-dan ev ala bildi. MİDA gözünün içinə kimi yalan deyir. Mən özüm də bu kampaniyada iştirak edirdim. Təsəvvür edin, heç cürə şəbəkəyə qoşula bilmədim. Ondan sonra da MİDA-nın təkliflərini qəbul etmirəm. Sadəcə olaraq insanların bütün ümidlərini məhv etdilər. Fikir yaranar ki, MİDA-nın rəhbər işçiləri təmiz, şəffaf, rüşvətsiz işləyirlər. Qətiyyən belə deyil. Əgər həqiqətən də yoxlama obyektiv aparılarsa əsl həqiqət üzə çıxar. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 2022-ci ilin 4 aprel tarixli Sərəncam hüquq-mühafizə orqanları qarşısında mühüm vəzifələr qoymuşdur, və ölkə başçısının bu hüquqi sənədinə hörmətlə yanaşmalı və bu işdə təqsiri olan hər kəs məsuliyyətə alınmalıdır. Söhbət təkcə MİDA-dan getmir. Şıdırğı alver Səfərbərlik xidmətində də, Müdafiə Nazurliyinin Hərbi hospitalında da, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əlilliyi müəyyən edən qurumunda da gedir. Sadəcə onları müəyyən edib ortaya çıxarmağa vicdan lazımdır. Hörmətli Admin, oxşar yazıları səhifənizdə işıqlandırsanız bu sizin xalq qarşısında böyük xidmətiniz olar.
Artıq bütün saytlar (Musavat,Qafqazinfo və c.) bu yalan və mənbəsiz xəbəri siliblər.Siz niyə silmirsiz?
Doğru olub olmadığını yalan deyərəm amma mən 2 otagli 5000 3 otagli 7000 dəqiq deyil camaat arasında söhbət gəzir
nə proqramı orda burda danışırlar avtobusda danışırlar ki əvvəlcədən ruşvət verilir və secimdə sən qabaqa düürsən