Menu

Rusiyanın bölgələrində ərzaq sürətlə bahalaşmaqda davam edir

13.04.2022, 16:49
Rusiyanın bölgələrində ərzaq sürətlə bahalaşmaqda davam edir

Rusiyanın bölgələrində əraq məhsullarının qiyməti artmaqda davam edir.

86.ru xəbər verir ki, Yuqrada demək olar, mövsümi tərəvəz və duz 10 faiz bahalaşıb. İqtisadi inkişaf departamentinin rəhbəri Roman Qenkel xəbər verib ki, həftənin yekunlarına görə, qiymət artımı bir çox mallarda qeydə alınıb. Həftə ərzində ət, balıq, toyuq, kərə yağı və süd təxminən 5 faiz bahalaşıb.

Omsk vilayətində «borş dəsti»ndən tərəvəz bahalaşmaqda davam edir, bu barədə «MK-Omsk» xəbər verib. Martın 25-ə soğanın orta qiyməti 40 rubl olub, indi isə qiymət 26,67 faiz artaraq, orta hesabla 50 rubldan yuarı olub. Ağ kələmin qiyməti 10 faiz artıb və 96,9 rubl olub. Bölgə sakinləri şəkər defisiti ilə hələ mart ayında qarşılaşıblar, indi onun qiyməti 87,14 rubla çatıb.

Altay diyarında, «Altaykraystat»ın məlumatına görə, ətin, sosisin və kolbasa məmulatlarının qiyməti əhəmiyyətli dərəcədə artıb. Şəkər tozunun qiyməti demək olar 1,5 dəfə artıb. Süd məhsullarının, uşaq qidasının, konditer məhsullarının, yarmaların, makaron məhsullarının, meyvə və tərəvəzin qiymətində də artım müşahidə olunur. Bu ərzaqların qiyməti orta hesabla bir neçə 10 rubl artıb. Paltar predmetlərinin və məişət kimyası mallarının qiymətində də artım müşahidə edilir.

Volqoqrad vilayətində şəkərin qiyməti əhəmiyyətli dərəcədə artıb, kələmin qiyməti isə ötən həftə 120 rubl/kiloqrama çatıb. Bu barədə VL.ru xəbər verib.

AzPolitika.info

Şərhlər

Elxan 2022-04-13 17:13:36

Yalan me

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol