Menu

Ukraynada müharibə nəticəsində ölən uşaqların sayı 197-yə yüksəlib

14.04.2022, 10:31
Ukraynada müharibə nəticəsində ölən uşaqların sayı 197-yə yüksəlib

"Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində 197 uşaq ölüb, 351-i müxtəlif dərəcədə yaralanıb”.

“Report” xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Bildirilib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlamasından bəri 548 uşaq xəsarət alıb. Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin bombardmanı nəticəsində Ukraynanın şəhər və kəndlərində 1 014 təhsil müəssisəsinə ziyan dəyib, 91-i tamamilə dağılıb.

Şərhlər

Hərbi pensiyaçı 2022-04-14 13:05:10

Hər gün ukraynadakı hadisələrə Azpolitika ən azı 3-4 yazı təqdim edir. Bəs nə üçün Azpolitika hər gün Xocalı soyqırımı, 1918 il soyüırımı, əsirlikdə olanların başına gətirilən dəhşətlərdən və s. yazmır . Ukraynaya yəni bu qədər vacibdir? Əgər yazırsınızsa onda ədalətli yazın: ABŞ və onun vassallarının heç olmasa 21 əsrdə törətdikləri vəhşilikləri də yazın. Görəsən İraqda öldürülən 500 min uşaq niyə yada düşmür?

Hərbi pensiyaçı 2022-04-14 12:43:20

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol