Bu gün Azərbaycanda Aşura günü ilə əlaqədar keçirilən könüllü qanvermə aksiyalarında 2 354 nəfər qan verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu gün saat 12:00-dək 940 litr qan tədarük olunub. Toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları başlayıb. Aksiyalar ölkənin 14 məscidində keçirilir.


Şərhlər