Menu

“Bu o deməkdir ki, Rusiyanın rəsmi düşmənlərinin sayı artacaq” - Medvedev

14.04.2022, 15:06
“Bu o deməkdir ki, Rusiyanın rəsmi düşmənlərinin sayı artacaq” - Medvedev

"İsveç və Finlandiya NATO-ya üzv qəbul olunarsa, Rusiyanın düşmənlərinin sayı artacaq".

“Report” xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “Telegram” paylaşımında deyilir.

“İsveç və Finlandiya NATO-ya qoşulmaq imkanlarını müzakirə edir. ABŞ hər imkanda Şimali Avropa ölkələrinə “Welcome!” deyir. Sadəcə qapımızı döyün, sizi dərhal evə dəvət edək. Bu nə deməkdir? Bu o deməkdir ki, Rusiyanın rəsmi düşmənlərinin sayı artacaq”, - o yazıb.

D.Medvedev Rusiyanın buna soyuqqanlı cavab verəcəyini bildirib: “İsveç və Finlandiya NATO-ya daxil olsa, Alyansın Rusiya ilə quru sərhədlərinin uzunluğu 2 dəfə artacaq. Təbii ki, bu sərhədləri möhkəmləndirmək lazım gələcək. Quru qoşunları və HHM ciddi şəkildə gücləndirilməli, Fin körfəzi hövzəsində xeyli hərbi-dəniz qüvvələri yerləşdirilməlidir. Bu halda, Baltik dənizinin nüvəsiz statusundan söhbət belə gedə bilməz. Balans bərpa edilməlidir. İndiyədək Rusiya belə addımlar atmırdı və atmağa da hazırlaşmırdı”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol