Menu

KƏMALƏDDİN HEYDƏROVDAN YENİ TƏYİNAT - Polkovnik-leytenanta vəzifə verdi

14.04.2022, 18:28
KƏMALƏDDİN HEYDƏROVDAN YENİ TƏYİNAT -  Polkovnik-leytenanta vəzifə verdi

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinə yeni rəis müavini təyin olunub.

Qaynarinfo-nun məlumatına görə, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, daxili xidmət polkovnik-leytenantı Azad Əliyev Dövlət Yanğından Mühafizə Xidmətinə rəis müavini təyin edilib.

Qeyd edək ki, bu vəzifəyə qədər Azad Əliyev Dövlət Yanğından Mühafizə Xidmətində şöbə müdiri olub. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol