Menu

“Süni intellekt 1 saniyədə 1 kvadratmetr minalı ərazini təhlil edir” - Britaniya şirkətinin əməkdaşı

14.04.2022, 15:36
“Süni intellekt 1 saniyədə 1 kvadratmetr minalı ərazini təhlil edir” - Britaniya şirkətinin əməkdaşı

"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin sifarişi ilə işğaldan azad olunmuş ərazilərdə dronlar vasitəsi ilə qeyri-texniki tədqiqat əməliyyatları həyata keçiririk".

Bunu APA-ya Böyük Britaniyanın RPS Energy Ltd. şirkətinin nümayəndəsi Dave Houghton deyib.

Şirkət təmsilçisi bildirib ki, tədqiqat zamanı dronlarla toplanılmış məlumatlar süni intellekt vasitəsilə emal olunur. Onun sözlərinə görə, süni intellekt məlumatları emal edərkən 1 saniyə ərzində 1 kvadratmetr ərazini təhlil edir. Proses zamanı 1.9 milyon element təhlil olunur və ümumi məlumat əldə edilir. Belə işi həyata keçirmək üçün bir insanın 1 tam iş günü sərf etməsi lazım gəlir, amma süni intellekt bunu 90 dəqiqə ərzində yerinə yetirir.

Qeyd edək ki, Böyük Britaniyanın RPS Energy Ltd. şirkəti tərəfindən süni intellektin proqram təminatı vasitəsilə təchiz edilən dronlar azad olunan ərazilərdə mina sahələrinin tədqiqat və təhlil xidmətlərinə cəlb olunub.

Şirkətlə ANAMA arasında bununla bağlı müvafiq razılaşma əldə olunub. ANAMA və RPS Energy Ltd. arasındakı razılaşmaya əsasən, layihə çərçivəsində keçən il ərzində süni intellektin istifadəsi ilə Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər və Qubadlı rayonları üzrə 18 min hektar ərazi təhlil edilib.

Şərhlər

B.Qarabağlı 2022-04-14 18:13:26

Demək olar ki, bircə DÖVLƏTimizin əli çatmayan yuxarı Qarabağ minaları qalır və onları da ərazi bütövlüyümüzü ərizə ilə təsdiqləyib vətəndaş olan ermənilər daha tez aşkarlaya bilərlər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol