Menu

Ukrayna və Rusiya növbəti dəfə əsirləri dəyişiblər

14.04.2022, 17:13
Ukrayna və Rusiya növbəti dəfə əsirləri dəyişiblər

Bu gün Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi olub.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşşuk bildirib.

Məlumata görə, 22-si hərbçi (5 zabit, 17 siravi əsgər) və 8-i mülki şəxs olmaqla, ümumilikdə, 30 şəxs geri qaytarılıb. Onlardan birinin qadın olduğu vurğulanır.

Qeyd edək ki, bu, tərəflər arasında dördüncü əsir mübadiləsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol