Rusiya sülhməramlı kontingenti ciddi şəkildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarına uyğun fəaliyyət göstərir. Qeyd olunan səfər əvvəlcədən Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılmayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Hesab edirik ki, Rusiyalı sülhməramlılarının 2020-ci il 9 noyabr bəyanatının şərtlərinə zidd hərəkət etməsi barədə verilən açıqlama həqiqətə uyğun deyil”, - Zaxarova vurğulayıb.


Şərhlər