Menu

“Taliban” tərəfindən qaçırılan 500-ə yaxın keçmiş məmur öldürülüb

15.04.2022, 00:02
“Taliban” tərəfindən qaçırılan 500-ə yaxın keçmiş məmur öldürülüb

“Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra 500-ə yaxın keçmiş əfqan məmurunu, hərbi qulluqçusunu və ABŞ-la əməkdaşlıq etdiyi güman edilənləri qətlə yetirib və ya oğurlayıb.

“New York Times” qəzetinin apardığı araşdırmaya görə, “Taliban”ın dirçəlişindən sonra altı ay ərzində 500-ə yaxın keçmiş dövlət məmuru və hərbçi ya öldürülüb, ya da zorla yoxa çıxarılıb.

Qəzet təkcə Bağlan əyalətində 86 qətli, Qəndəhar əyalətində 114 nəfərin itkin düşdüyünü təsdiqləyib.

Bununla belə, “Taliban” rəsmiləri qətlləri rədd edərək, iddiaların əsassız olduğunu və rəqibləri tərəfindən “Taliban” haqqında “dünyanın fikrini çaşdırmaq üçün” təbliğat vasitəsi kimi istifadə edildiyini bildirib.

“New York Times” bildirir ki, onun əməkdaşları yeddi ay ərzində araşdırma aparıb, məlumatları yoxlamaq üçün müxtəlif üsullardan, o cümlədən məhkəmə-tibbi ekspertizadan, yerli KİV-də yayılan məlumatlardan, sağ qalanlar, şahidlər və qurbanların ailə üzvləri ilə müsahibələrdən istifadə edib.

Əfqanıstanda insan haqları ilə bağlı vəziyyət Əfqanıstan hökumətinin süqutundan və ötən ilin avqustunda “Taliban”ın hakimiyyətə qayıtmasından sonra pisləşib. Minlərlə əfqan “Taliban” qisasından və insan haqlarının geniş şəkildə pozulmasından qorxaraq ölkəni tərk edib.

L.SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol