Menu

“Baltikdə nüvə silahının yerləşdirilməsi məsələsinə ayrıca iclasda baxılacaq” - Kreml

15.04.2022, 00:13
“Baltikdə nüvə silahının yerləşdirilməsi məsələsinə ayrıca iclasda baxılacaq” - Kreml

İsveçin və Finlandiyanın NATO-ya daxil olması halında ölkənin qərb hüdudlarının gücləndirilməsi məsələsinə ayrıca iclasda Rusiya Prezidenti Vladimir Putinin yanında baxılacaq.

Bu barədə aprelin 14-də jurnalistlərə Kremlin sözçüsü Dmitri Peskov bəyan edib.

«Mən, bu barədə heç nə deyə bilmərəm, çünki məhz bizim möhkəmləndirmə üzrə belə plan (qərb hüdudlarının mhkəmləndirilməsi) işlənib hazırlanandan sonra, orada artıq bütöv tədbirlərin siyahısı, tətbiq ediləcək bütün lazımi addımlar yer alacaq. Və bütün bunlara Prezidentin yanında ayrıca iclasda axılacaq - Vladimir Putinin dediyi kimi» - Kremlin nümayəndəsi uyğun suala cavab verərkən deyib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol