Menu

Səfirlik Azərbaycana gələn Türkiyə vətəndaşlarına müraciət edib

15.04.2022, 09:44
Səfirlik Azərbaycana gələn Türkiyə vətəndaşlarına müraciət edib

Türkiyənin Azərbaycandakı səfirliyi bu ölkə vətəndaşlarına müraciət edib.

“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin tviter səhifəsində paylaşım edilib.

Bildirilib ki, Azərbaycana gələn Türkiyə vətəndaşlarının COVID-19-a dair PCR testi təqdim etmək tələbi ləğv edilib.

Qeyd olunub ki, Azərbaycan Nazirlər Kabinetinin bu qərarı bu gündən, aprelin 15-dən etibarən qüvvəyə minib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol