Menu

Qurbanqulu Berdiməhəmmədov TDT-nin Ağsaqqallar Şurasına üzv olub

15.04.2022, 12:26
Qurbanqulu Berdiməhəmmədov TDT-nin Ağsaqqallar Şurasına üzv olub

Türkmənistanın sabiq prezidenti və Milli Şuranın sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasına üzv olub.

“Report” “TRT Avaz”a istinadən xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Katibliyindən bildirilib.

“Katiblik Qurbanqulu Berdiməhəmmədovun üzvlüyündən şərəf duyur, alicənab müdrikliyi, təcrübəsi və biliyi ilə Ağsaqqallar Şurasının potensialını daha da zənginləşdirəcək”, - məlumatda vurğulanıb.

Xatırladaq ki, Türkmənistan Türk Dövlətləri Təşkilatına yalnız ötən il müşahidəçi üzv olaraq qatılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol