Menu

Putin Ermənistan səmasını çeçenlərə hədiyyə edir?!

04.11.2014, 13:36
Putin Ermənistan səmasını çeçenlərə hədiyyə edir?!

Rusiyanın “Qroznıy-avia” şirkəti Anapa-İrəvan-Kazan reysi ilə sərnişin daşımaları həyaita keçirmək üçün ərizə verib.

ANS PRESS-in məlumatına görə, bu, çeçen şirkətinin Ermənistana həyata keçirmək istədiyi ikinci reysdir. Daha öncə, Ermənistan mülki aviasiya idarəsi “Qroznıy-avia” şirkətinə Simferopol - İrəvan reysi ilə daşımalar həyata keçirməyə icazə vermişdi. Noyabr ayında çeçen təyyarələri marşrut üzrə ilk reysini həyata keçirəcək.

Ermənistanın milli aviasiya şirkətinin iflasa uğradığı bir zamanda “Qroznıy-avia”nın bu addımı erməni mətbuatı tərəfindən çeçenlərin Ermənistan səmasını ələ keçirməsi kimi dəyərləndirilib. Çeçenlərin bu addımının Rusiya rəhbərliyinin xeyir-duası ilə gerçəkləşdirildiyini vurğulayan erməni mətbuatı bununla da Ermənistanın statusunun hətta Çeçenistanın statusundan da aşağı olduğunu vurğulayır.

Daha öncə bu barədə məlumat verən “Lragir” analitika portalı Ermənistanın statusunun Abxaziya və Krım kimi tanınmamış ölkələrlə eyni tutulduğunu vurğulamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol