Menu

Nazir Dram Teatrına yeni baş rejissor təyin edib

15.04.2022, 15:18
Nazir Dram Teatrına yeni baş rejissor təyin edib

Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Əliyar Əliyev Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nazirliyin nümayəndələrinin iştirakı ilə Əliyar Əliyev bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, Əliyar Əliyev 1979-1980-ci illərdə Akademik Milli Dram Teatrında, 1983-1984-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında çalışıb. 1992-ci ildə “Qodonun intizarında” və “Dələduz” tamaşaları ilə Türkiyədə qastrol səfərində olub. Türkiyədə bir sıra özəl teatrlarda rejissor kimi fəaliyyət göstərib.

2010-2019-cu illər arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

Şərhlər

Oxucu 2022-04-16 01:03:16

Anar müəllim, Şəki Regional Mədəniyyət işçilərindən kadr tapılmırdı, müdir təyin etməyə ? siz görün kimi Şəki Mədəniyyət İdarəsinə təyin etmisiniz ? İdarəçilikdən xəbəri olmayan birisini ? Şəki Mədəniyyət İdarəsində çatışmamazlıqlar hökm sürür, bu səbəbli peşəkar kadr təyin olunmalıdır ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol