Menu

Kiyevə raket zərbələri endirilib

16.04.2022, 11:10
Kiyevə raket zərbələri endirilib

Ukraynanın paytaxtı Kiyevə səhər saatlarında raket zərbələri endirilib.

APA “Ukranews” saytına istinadən xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko öz “Telegram” səhifəsində bildirib.

O, raket zərbələrinin Kiyevin Darnitski rayonuna endirildiyini qeyd edib.

Kliçko Kiyevə geri dönmək istəyən şəhər sakinlərinə hələlik olduqları yerdə qalmağı tövsiyə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol