Menu

Pentaqon "Moskva" kreyserinin necə məhv edildiyini açıqladı

16.04.2022, 15:48
Pentaqon "Moskva" kreyserinin necə məhv edildiyini açıqladı

"Rusiya Qara dəniz hərbi donanmasının aprelin 14-də batan flaqman gəmisi “Moskva” kreyserini iki Ukrayna raketi vurub".

"AzPolitika.info" bu məlumatı aprelin 15-də Pentaqonun adı çəkilməyən rəsmisi təsdiqləyib. Rəsminin sözlərinə görə, çox güman ki, söhbət "Neptun" antigəmi raketlərindən gedir. Vaşinqtonda əmindirlər ki, raket atəşləri və gəminin batması nəticəsində gəminin heyəti arasında itkilər olub.

Ölən hərbçilərin sayı barədə dəqiq məlumat yoxdur. Beləliklə Vaşinqton bundan əvvəl, hələ aprelin 13-də gecə Ukrayna hərbiyyəsinin verdiyi məlumatı təsdiqləyib.

Aprelin 14-ə keçən gecə Rusiya Müdafiə Nazirliyi gəmidə yanğın baş verdiyini bildirmişdi. Bu da xəbər verilirdi ki, yanğın söndürülüb, gəmi zədələnsə də üzərliyini itirməyib. Lakin bir neçə saatdan sonra Rusiya MN xəbər vermişdi ki, gəmi tufanlı havada təyinat portuna yedəklənərkən yolda batıb. Rusiya yanğının səbəbləri barədə də məlumat vermirdi.

"AzPolitika.info"

Şərhlər

su-al! 2022-04-16 19:16:47

görəsən bu gəmidə neçə matros olub?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol