Aprelin 16-da günorta tanınmış Kremlpərəst publisist və jurnalist Andrey Karaulov Ukrayna xalqına və Prezident Volodimir Zelenskiyə müraciət edərək çoxmilyonlu insan itkisinə yol verməmək üçün kapitulyasiyaya çağırıb.
Karaulov bildirib ki, prezident Putinin yaxın gələcəkdə, bəlkə də bazar günü Ukraynaya müharibə elan edəcəyilə bağlı öz fərziyyəsini irəli sürür. Buna səbəb Rusiya ərazisinin son atəşə tutulmasıdır.
“Mən çoxdandır ki, Baş Qərargahın generalları və müdafiə naziri ilə danışmadım və mənim ehtimallarım təcrübə və hissiyyata əsaslanır... Putin dayanmayacaq, onun başqa yolu yoxdur”, - o deyib.
Publisist qeyd edib ki, bu, başqa bir müharibə olacaq - raketlərdən, o cümlədən Yars, Bulavadan total istifadə ediləcək ki, bu da milyonlarla, bəlkə də on milyonlarla Ukrayna vətəndaşının, o cümlədən rusların ölümünə səbəb olacaq. O həmçinin bildirib ki, Ukraynaya qarşı nüvə silahının tətbiqi məsələsi həqiqətən də gündəmdədir.
Onun sözlərindən belə çıxır ki, Krım və Donbasın Rusiyanın ərazisi kimi tanınması sülh üçün ilkin şərtdir.
Bu vəziyyətdən çıxmaq üçün Kiyev Krımı Rusiyanın ərazisi kimi tanımalı, həmçinin Luqansk və Donetsk vilayətlərinin, hətta Ukraynanın sol sahilinin itirilməsilə barışmalıdır. Əvəzində onun fikrincə, Ukraynanın böyük hissəsi müstəqil olaraq qalacaq.
"Bu, Ukraynanın NATO-ya yolunu açacaq. Bundan sonra Ukraynanın NATO-ya daxil olması onun təhlükəsizliyini yüz il təmin edəcək. Ukrayna Krımdakı Rusiya hərbi bazaları ilə NATO-ya daxil ola bilməyəcək", - o bildirib.
Karaulov belə kapitulyasiyaya tarixi nümunə kimi Yaponiyanı göstərib. Amerikalılar Xirosima və Naqasakiyə iki atom bombası atdıqdan sonra Yaponiya kapitulyasiya edib və bununla da ölkəni və milyonlarla insanın həyatını xilas edib. "Yaponiya 4 ada itirdi, lakin dünyanın aparıcı dövlətinə çevrildi",- Karaulov deyib. (Turan)

Şərhlər
Hər ölkənin qanıpozuq xainləri var
bütün dünya ukrayna üçün hərbi səfərbərlik açmalı, müsəlmanların çoxdan elan etdiyi dəccala qarşı döyüşə hazırlaşmalı-bu döyüş dünyanın xilası üçün olmalıdır-....
Karaulovun müharibəni dayandırmaq üçün öz prezidentinə müraciət etməsi daha doğru olardı.
Karaulovun fikri çox axmaqdır.Bu adam dünya güclərini heçə sayıb Putinin,guya nəhəng olduğunu təbliğ etməklə möhkəm sayıqlayır.Bu çıxışı ilə o,bir rus casusu olduğunu təsdiqləyir.
Hörmətli, cənab prezident ZELENSKİ zat-alilərinə yalvararaq kapitulyasiyaya dəvət etməkdənsə gedin öz dəlinizi dilə tutun.