Menu

ABŞ Ukraynaya təhlükəsizlik yardımı üçün məsul şəxs təyin edə bilər

17.04.2022, 20:32
ABŞ Ukraynaya təhlükəsizlik yardımı üçün məsul şəxs təyin edə bilər

ABŞ Ukraynaya təhlükəsizlik yardımı üçün məsul şəxsi təyin edə bilər.

"Report" Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat dərc edib.

Belə ki, bir qrup demokrat və respublikaçı senator ABŞ Prezidenti Cozef Baydenə bu barədə təkliflə məktub göndəriblər.

"İlkin məğlubiyyətdən sonra belə, Rusiya hərbi əməliyyatı davam edir. Bu, ABŞ-ın Ukraynanı özünümüdafiə üçün müdafiə vasitələri ilə nə qədər tez və yaradıcı şəkildə təmin edə biləcəyini yenidən qiymətləndirməyə çağırışdır", - senatorlar yazıblar.

Konqresmenlərin fikrincə, koordinator Ukraynanın müdafiə ehtiyaclarının qiymətləndirilməsinə, ABŞ-ın müxtəlif agentliklərinin səylərinin əlaqələndirilməsinə və Avropa ilə koordinasiyaya cavabdeh ola bilər.

Hələlik ABŞ hökuməti məktubla bağlı heç bir şərh verməyib.

Şərhlər

Eli 2022-04-17 23:56:23

Deyesen amerikanlar Rusiyanın çökdürülmesinde heqiqeten de qetiyyetlidir.Bele olsa Putinin mehvi süretlener.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol