"Təkliflər var ki, rayon icra hakimiyyətləri birləşdirilsin, sayı azaldılsın". Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov ARB24-də yayımlanan “Peşəkar mübahisə” verilişində bildirib.
S.Novruzov xatırladıb ki, iki rayon ləğv edilərək Gəncə şəhərinə birləşdirilib: "1990-cı illərdə 10-a yaxın rayon yaradılıb. Məsələn, böyük rayonu iki hissəyə bölüblər..."
Deputatın sözlərinə görə, rayonları birdən-birə birləşdirib 16-17 rayon yaratmaq olmaz: "Mərhələli şəkildə rayonları birləşdirmək mümkündür. Əvvələr belə fikir vardı ki, ölkədə 8 zona yaradılsın, sonradan iqtisadi zonalar yaradıldı. Təbii ki, bu, cənab Prezidentin səlahiyyətində olan məsələdir. İslahatlar aparılır, bələdiyyələr də yeni strukturlara uyğun formalaşdırılacaq".

Şərhlər
RAYON SÖZÜ DƏYİŞSƏ YAXŞIDIR. İCRA HAKİMİYYƏTİ BAŞÇISI SÖZÜ DƏ QEYRİ TÜRK TERMİNİDİR. YAXŞI OLAR Kİ BU TERMİN DƏ DƏYİŞDİRİLSİN. RUSLARDAN TƏRCÜMƏ OLUNUB.
Gəncə şəhərindəki rayonların birləşdirilməsi də düzgün sayıla bilməz.Əhali uzun illərdir ki, indiki yaşayış formasına öyrəşib.Əlbəttə,rayonlar bizim xarakterimizə də uyğunlaşıb.İqtisadi vəziyyətin getdikcə pisləşməsi,sənaye və kənd təsərrüfatındakı gerilik kadr siyasətindəki səhvlərdən yaranıb."Əti atın,otu itin qabağına qoyanda" vəziyyət belə olacaqdı.Ancaq iqtisadi geriliyi rayonların ixtisarı ilə aradan qaldırmaq olmaz.Polisin və daxili qoşunların şəx.heyyətini ixtisar etməklə xeyli qənaət etmək olar.