Menu

Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb

18.04.2022, 10:24
Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun işğaldan azad edilmiş ərazilərində keçirdikləri növbəti tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tapılan 9 avtomat, 1 pulemyot, 1 snayper tüfəngi, 1 tank əleyhinə idarəolunan raket, 3 qumbaraatan, 30 müxtəlif növ əl qumbaraları, 67 müxtəlif çaplı mərmilər, 7500 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol