Menu

Putinə ən yaxın şəxslərdən biri İsrailə qaçdı - Foto

18.04.2022, 16:14
Putinə ən yaxın şəxslərdən biri İsrailə qaçdı - Foto

Rusiya rəhbəri Vladimir Putinin yaxın adamlarından sayılan oliqarx Aleksandr Xloponin öz şəxsi təyyarəsi ilə İsrailə qaçıb.

"AzPolitika.info" xəbər verir ki, bu barədə internetdə yayılan müstəqil Rusiya KİV-ləri məlumat yayıb. Qeyd olunur ki, A. Xloponin 2001-2002- ci illərdə Taymır Muxtar Vilayətinin, 2002- 2010- cu illərdə Krasnodar diyarının qubernatoru olub. 2010-cu ildə V.Putin tərəfindən Rusiya Baş nazirinin müavini təyin edilib, 2018-ci ilə qədər bu vəzifəni tutub.

Xloponin daha sonra dövlət vəzifəsi tutmasa da, özəl sektorda ən varlı şəxslərdən birinə çevrilib. Paralel olaraq Rusiya hökuməti yanında Maliyyə Universitetinin rektoru təyin edilib.

Rusiya saytları yazır ki, o, bu il aprelin 17- də, gecə saatlarında İsrailə qaçıb. Xloponinin bir müddət əvvəl İsrail vətəndaşlığı əldə etdiyi də bildirilir.

"AzPolitika.info"

Şərhlər

t.ədalət 2022-04-18 18:19:43

Bu qaçış onu təsdiq edir ki,Rusiyanın məğlub olacağı Putinə də bəllidir.Sadəcə olaraq,Mirzə Cəlilin "Usta Zeynal" hekayəsində deyildiyi kimi,"ətəyinə götürdüyü daşları yerə tökmək" istəmir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol