Ukraynanın “Azov” alayı mühasirədə olan Mariupol şəhərinə daxil olan rus ordusunun ünsürlərini zərərsizləşdirməkdə davam edir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Azov” alayının rəsmi teleqram kanalında paylaşım edilib.

Paylaşılan videogörüntülərdə  əks-hücuma keçən “Azov” alayının döyüşçüləri Mariupolda şəhərə daxil olan rus hərbi birləşməsini məhv edir.

Qeyd edək ki, millətçi və vətənpərvər gənclərdən təşkil onunan “Azov” alayı 2014-cü ilin may ayında Mariupol şəhərində yaradılıb.

İşğalçılara qarşı amansız mübarizəsi ilə seçilən “Azov” alayı bir aydan artıqdır ki, Mariupolun müdafiəsi uğrunda döyüşür.

Həmin görüntüləri təqdim edirik: