Menu

Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru ölüb

18.04.2022, 18:09
Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru ölüb

Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, ordu generalı Vyaçeslav Trubnikov 79 yaşında ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Xarici Kəşfiyyat Xidməti yayıb.

V.Trubnikov 1943-cü il aprelin 25-də Rusiyanın İrkutsk vilayətində anadan olub. 1996-2000-ci illərdə Xarici Kəşfiyyat Xidmətinin direktoru, 2000-2004-cü illərdə Rusiya xarici işlər nazirinin birinci müavini, 2004-2009-cu illərdə Rusiyanın Hindistandakı səfiri işləyib.

Qeyd edək ki, o, 1971-1977-ci illərdə “Novosti” xəbər agentliyinin müxbiri adı altında Hindistan və Banqladeşdə uzunmüddətli ezamiyyətdə olub.

Şərhlər

t.ədalət 2022-04-19 19:02:14

Cəhənnəmə ölüb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol