Menu

İran gəmisinin Bakı sahillərində yanacağı qurtardı, ruslar köməyə gəldi

04.11.2014, 14:53
İran gəmisinin Bakı sahillərində yanacağı qurtardı, ruslar köməyə gəldi

Xəzər dənizində İrana məxsus yük gəmisinin yanacağı tükənib və gəmi hərəkətsiz qalıb.

Virtualaz.org saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, İranın gəmiçilik şirkətinə məxsus “Amur-2504” adlı gəminin Bakı limanından 50 mil məsafədə yanacağı tükənib.

Rusiya Nəqliyyat Nazirliyinin dəniz xilasetmə-koordinasiya mərkəzindən verilən məlumata görə, gəminin köməyinə “Marxau” teploxodu göndərilib. Teploxod İran gəmisinə 9 ton yanacaq aparır.

Gəminin göyərtəsində 13 nəfərdən ibarət heyət üzvü var, onlar İran və Hindistan vətəndaşlarıdır.

Gəminin Bakı limanına istiqamət aldığı ehtimal olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol