Menu

"Qaçqınkom" 3 milyon manatlıq elektrotexniki avadanlıq alır

19.04.2022, 15:27
"Qaçqınkom" 3 milyon manatlıq elektrotexniki avadanlıq alır

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti elektrotexniki avadanlıqların alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "İnterkabel" firmasıdır.

Qalib şirkətə 3,198 milyon manat ödəniləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol