Menu

“Moskva” kreyserinin 500 nəfərlik ekipaj üzvünün teleyi necə oldu?

19.04.2022, 16:05
“Moskva” kreyserinin 500 nəfərlik ekipaj üzvünün teleyi necə oldu?

Rusiyanın 750 milyon dollarlıq “Moskva” kreyseri aprelin 14-də Ukrayna ordusu tərəfindən məhv edilərək, Qara dənizin dərinliklərinə göndərildi. Bu hadisədən sonra Rusiya Müdafiə Nazirliyi gəmidəki 500 nəfərlik ekipajın hamısının təxliyə edildiyini açıqladı. Ölən və yaralanan hərbçilər haqqında isə heç bir məlumat verilmədi.

Rusiya Müdafiə Nazirliyi ölən və itkin düşən hərbçilərin sayını gizlətməyə çalışsa da, həmin əsgərlərin valideynləri sosail şəbəkələrdə indiyə qədər övladlarından heç bir xəbər ala bilmədiklərini, dövlət qurumlarının hadisə ilə bağlı yalan məlumat verdiklərini bildirilrər.

“AzPolitika.info” ABŞ-ın “The Washington Post” nəşrinə istinadla xəbər verir ki, sosil şəbəkələrin Rusiya seqmentində hadisədən sonra itkin düşən ekipaj üzvlərinin valideynəri, övladlarının fotolarını paylaşaraq dövlət qurumlarından yardım istəyirlər.

Məlumatda qeyd olunur ki, hadisədən sağ qurtulan əsgərlərdən birinin valideyninə verdiyi məlumata görə, hadisə zamanı 40-a yaxın hərbçi ölüb, çoxlu sayda insan yaralanıb və itkin düşüb.

“The Washington Post” yazır ki, hələ ki, itkin düşən yeddi dənizçinin kimliyi müəyyən edilib, üç əsgərin isə öldüyü təsdiqlənib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol