Menu

“Türkiyə məhsulların daşınmasında Rusiyanı əvəz edib” - Çavuşoğlu

19.04.2022, 22:12
“Türkiyə məhsulların daşınmasında Rusiyanı əvəz edib” - Çavuşoğlu

Ukraynadakı vəziyyətə görə Rusiya üzərindən daşınmayan məhsullar indi Türkiyə vasitəsilə daşınır.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Uşak şəhərində keçirdiyi mətbuat konfransında bildirib. Tədbir nazirin “Twitter” səhifəsində yaymlanıb.

“Bütün bu çağırışlar və böhranlar əslində ölkələr, millətlər, insanlar və sahibkarlar üçün imkanlar açır. Bu imkanlardan yararlanmaq üçün güclü infrastruktura və geniş baxışa sahib olmaq lazımdır. Bu gün Rusiyadan keçməyən məhsullar Türkiyəyə göndərilir. Buradan isə Balkanlara və Şərqi Avropaya gedir”, - deyə XİN rəhbəri qeyd edib.

Həmçinin, Çavuşoğlu vurğulayıb ki, Türkiyə Ukraynadan 17 min vətəndaşını təxliyə edib.

Şərhlər

Elmira 2022-04-20 10:01:26

Yaşasın qardaş Türkiya!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol