Menu

“Yaponiya Ukraynaya pilotsuz uçaqlar tədarük edəcək” - KİV

20.04.2022, 00:04
“Yaponiya Ukraynaya pilotsuz uçaqlar tədarük edəcək” - KİV

Yaponiya hökuməti Ukraynaya kimyəvi silahdan qoruyan kostyum və maskalar və pilotsuz uçaqlar tədarük etmək niyyətindədir.

Bu barədə aprelin 19-da “Kyodo” agentliyi hökumətdəki mənbələrə istinadla xəbər verib. Tədarükün müddəti və partiyanın həcmi barədə xəbər verilmir.

Bundan əvvəl Yaponiya artıq Ukraynaya humanitar yardım və Yapon Silahlı Müdafiə Qüvvələrinin ehtiyatlarından olan geyim-kecim göndərib. Xüsusi olaraq, Kiyevə zirehli jiletlər, qoruyucu şlemlər, isti paltar, foto- videoaparatlar, çadırlar, sanitar vasitələri, ərzaq və elektrogeneratorlar təqdim olunub.

«Kyodo»nun xəbər verdiyi kimi, Ukrayna da Yaponiyaya silah-sursat, raketlər də daxil, tədarük xahişi ilə müraciət edib, amma imtina cavabı alıb, belə ki, Tokioda hesab ediblər ki, belə tədarüklər xaricdən silah-sursat tədarükü ilə əlaqəli prinsiplərin pozulması kimi qiymətləndirilə bilər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol